Qubada 36 yaşlı fəhlə faciəvi şəkildə öldü

Quba rayonunda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.

Belə ki, tikintidə fəhlə işləyən rayonun Yeni Güləzi kənd sakini, 1985-ci il təvəllüdlü Vasif Gülməmməd oğlu Sadıqovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, V.Sadıqov ailəli idi, 2 övladı var.