Bakıda dəhşətli yol qəzası – ÖLƏNLƏR VAR

Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Binə qəsəbəsi ərazisində – Hava limanı-Bilgəh magistralında “Mercedes Vito” markalı mikroavtobus sement daşıyan ağırtonnajlı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.