Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edildi – SİYAHI

  • By admin
  • 24 May 2021 20:04

Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, qərara alınır:

Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri

Hüseynov Mirbahəddin Mirdamət oğlu – Gəncə Apellyasiya Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri

Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri.

  • “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
  • Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
  • Tapdıq Şükür oğlu Mahmudov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.
  • Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.