ABŞ-ın Bağdaddakı səfirliyi yerləşən əraziyə 2 raket atıldı

ABŞ-ın Bağdaddakı səfirliyi yerləşən əraziyə 2 raket atıldı

ABŞ-ın Bağdadda yerləşən səfirliyinin yaxınlığına və Səlahəddin vilayətində amerikalı əsgərlərin qaldığı Beled bazasına raket atılıb.

Gununsesi.org Anadolu agentliyinə istinadən xəbər verir ki, hücumun kim tərəfindən törədildiyi barədə məlumat verilməyib.

Hücumdan dərhal sonra ABŞ səfirliyinin həyəcan siqnalı çalınıb. Yaşıl Zonanın avtomobil yolu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanılıb.

 

Gununsesi.org

COMMENTS