
Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır:
“Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir”.