Müharibədən sonra 23 nəfər minaya düşərək ölüb

Ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bu müddətdə 23 nəfər həlak olub.

Bundan başqa, 36 nəfər mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıb.