Bağdad general Süleymani ilə vidalaşır- VİDEO

Bağdad general Süleymani ilə vidalaşır

Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket zərbələri zamanı həlak olan komandanı Qasım Süleymaniyə vida mərasimi təşkil edilib.

Gununsesi.org xəbər verir ki,bu barədə “Haberglobal”ın xəbərində bildirilib.

SEPAH-ın “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

İslam İnqilab lideri Ayətullah Xamneyi Q.Süleymaninin yerinə yeni komandir təyin edib.

General İsmayıl Kaani müvafiq posta gətirilib.

COMMENTS