Jalə Əliyeva yenidən DEPUTATLIĞA NAMİZƏD OLDU – FOTOLAR

Jalə Əliyeva yenidən DEPUTATLIĞA NAMİZƏD OLDU – FOTOLAR

Bitərəf (müstəqil) millət vəkillərindən daha birinin-professor Jalə Fazil qızı Əliyevanın deputatlığa namizədliyi qeydə alınıb.
Xanım millət vəkilinin namizədliyi 92 saylı Dairə Seçki Komissiyası (DSK)  tərəfindən qeydə alınıb.
Qeyd edək ki, millət vəkili namizədliyini növbəti dəfə təmsilçisi olduğu doğma bölgəsindən, Zərdabdan, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən irəli sürüb.
Eyni zamanda, qeyd edək ki, J. Əliyeva 5-ci dəfədir seçkilərə qatılır.
J. Əliyeva indiyə kimi 3 dəfə millət vəkili seçilib, yəni, 2005-ci ildən, 3-cü çağırışdan bu yana Zərdabı parlamentdə təmsil edir.
J. Əliyeva MM-in Mədəniyyət komitəsinin sədr müavini (2015-ci ildən), Əmək və sosial siyasət komitəsinin üzvüdür.
Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin təmsilçisidir.
Filologiya elmləri elmləri doktoru, BDU-nun Türk filologiyası kafedrasının professorudur.
Azərbaycan tanınmış ziyalılarından olan Fazil Əliyev və şairə Nurəngiz Günün qızıdır.
Bir övladı, iki nəvəsi var.
Parlamentin fəal üzvlərindəndir.
Həmçinin, qeyd edək ki,  Yeni Azərbaycan Partiyası (YAP ) 92 saylı dairədən Urfan Əhmədovun namizədliyini verib.
Xəbər etikxeber.az saytında dərc edilib.

COMMENTS