Məşhur müğənni ailəsi ilə Maldiv adalarında dincəlir

Məşhur müğənni ailəsi ilə Maldiv adalarında dincəlir

Türkiyənin tanınmış müğənnisi Berkay ailəsi ilə Maldiv adalarında istirahət edir.

Gununsesi.org Milliyet.com-a istinadən xəbər verir ki, müğənni həyat yoldaşı Özləm Ada Şahin, qızları Arya və Zeynəb ilə Maldiv adalarının ən bahalı hotelində qalır.

Bir həftə hoteldə qalacaq Berkay bir gecə üçün 4 min 600 dollar (27 min 500 lira), bir həftə üçün isə 192 min 500 TL ödəyəcək.

Berkay ailəsi ilə birlikdə içərisində hovuzu və gün ərzində xidmətçiləri olan lüks otaqda yerləşib.

Berkay Türkiyədə ən çox konsert verən müğənnilər sırasındadır.

Qeyd edək ki, Berkay futbolçu Arda Turanla çəkişməli olan məhkəmə prosesində aylıq gəlirinin min lira olduğunu açıqlamışdı. Amma sonradan onun yalan dediyi və yalnız yazdığı mahnıların müəlliflik hüququndan 200 min lirə qazandığı məlum olmuşdu.

Gununsesi.org

COMMENTS