Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Gununsesi.org xəbər verir ki, iclasda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb və 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb
Komissiyanın iclasında qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.
Bundan başqa, 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.
Gununsesi.org
COMMENTS