Niderland turistlərə yeni vergi tətbiq edib

Niderland turistlərə yeni vergi tətbiq edib

Amsterdam ilin əvvəlindən yeni turist vergisinin tətbiqinə başlayıb. Yeni qaydaya görə, Niderland paytaxtına gələn qonaqlar burada hər gecə üçün əlavə 3 avro ödəyəcəklər.

Gununsesi.org Trend-ə istinadən  məlumatına görə, bununla hökumət ölkədə turist axınını tənzimləməyə çalışır. Belə ki, 1,1 milyon əhalisi olan Amsterdamı ildə təxminən 17 milyon insan ziyarət edir. Bu səbəbdən Niderland hakimiyyəti artıq daha çox turist cəlb etmək strategiyasından imtina edib.

2019-cu ildə Amsterdam dünyanın ən çox ziyarət edilən paytaxtlarının sırasında ilk üçlükdə yer alıb.

Gununsesi.org

COMMENTS