
Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasını (AMİP) dövlət qeydiyyatına alıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə AMİP fəalları sosial şəbəkədə bildiriblər.
Qeyd edilib ki, Ədliyyə Nazirliyinin 4 sentyabr 2023-cü il tarixində AMİP-ə ünvanladığı məktubda partiya üzvlərinin reyestr məlumatlarının yoxlanılaraq təsdiq olunduğu bildirilib.
Xatırladaq ki, AMİP-in sədri Arzuxan Əlizadədir. Partiyanın lideri isə Etibar Məmmədovdur.
Gununsesi.info