Putin Kadırovun qızını təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının mədəniyyət naziri Ayşat Kadırovanı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çeçenistan nazirliyinin rəhbəri mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Ramzan Kadırovun qızı Ayşat Kadırova 2021-ci ildə Çeçenistanın mədəniyyət naziri təyin edilib.

Gununsesi.info