Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına niyə stop qoyulub?

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bu barədə partiya sədrinin qardaşı Qalib Toğrul məlumat yayıb.

Məsələ bağlı Gununsesi.info Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevə müraciət edib.

Lakin, nazirliyin sözçüsü bu barədə sualı cavablandırmaqdan imtina edib.

 

Şəbnəm

Gununsesi.info