
Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud koronavirusdan vəfat edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə adı çəkilən redaksiyanın baş redaktor müavini Azər Qismət bildirib.
Onun sözlərinə görə, Arzu Mövlud bir anlıq boğulma içində vəfat edib. Mərhum rejissorun həyat yoldaşı da hazırda komadadır.