AzTV-nin əməkdaşı mədə kiçiltmə əməliyyatından sonra öldü

  • By ilhame
  • 05 Dekabr 2023 23:09

AzTV-nin gənc əməkdaşı vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkədə onun iş yoldaşları məlumat paylaşıb.

Bildirilib ki, AzTV-də sürücü işləyən 24 yaşlı Vüqar artıq çəkisinə görə mədə kiçiltmə əməliyyatı keçirib.

O, əməliyyatdan iki gün sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Gununsesi.info