
Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü İlva Yohansson bildirib ki, Avropada qarşıdan gələn qış tətili dövründə terror aktları riski yüksəkdir.
Gununsesi.info-nun məlumatına görə, o, Aİ ölkələrinin daxili işlər nazirlərinin bu il keçirilən son gündəlik iclasından sonra mətbuata açıqlama verib.
13 oktyabrda Fransanın Arras şəhərində, 16 oktyabrda Belçikanın paytaxtı Brüsseldə və son olaraq 3 dekabrda Fransanın paytaxtı Parisdə baş verən hücumlara toxunan Yohansson Aİ daxili işlər nazirlərinin son iki iclasının keçirildiyini vurğulayıb.
Gununsesi.info