
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxıb.
Gununsesi.info xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edib. “Dalğa Arena”da keçirilən matç millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olub. Bu oyunda da meydan sahibləri qələbə qazanıb – 2:0.
19:00. Azərbaycan – Farer adaları – 1:0
Qol: Nigar Mirzəliyeva, 68
Xallar: Azərbaycan – 16, Monteneqro – 11, Kipr – 7, Farer adaları – 0.
Beləliklə, Azərbaycan millisi C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub.
Gununsesi.info