
Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinə məktub göndərib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə adıçəkilən komitənin saytında məlumat yayılıb.
Məktuba səbəb isə Jurnalistləri Müdafiə Komitəsinin Abzasmedia.org saytının rəhbərliyinin həbsinə görə hakimiyyəti tənqid etməsidir.
Həmin məlumatda deyilir ki, Vilayət Eyvazov, məktubunda jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalova qarşı ittihamların qanuni olduğunu yazıb.
Eyvazov bildirib ki, həmin üç nəfər “gömrük nəzarətindən kənarda və ya gizli və bəyannamə olmadan” Azərbaycanın dövlət sərhədindən “böyük miqdarda xarici valyuta” keçiriblər və “Abzas Media”nın ofisində tapılan 40 000 avro qaçaqmalçılıqla keçirilən valyutanın “bir hissəsi” olub.
Gununsesi.info