Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

  • By ilhame
  • 28 Noyabr 2023 22:42

Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə sayta  DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb.

Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info