Rusiya sakini qeydiyyatı olmayan azərbaycanlıları qanunsuz qeydiyyata aldığı üçün cərimə olunub. Voronej əyalətinin Liski Şəhər Məhkəməsi 31 yaşlı sakini 200 min rubl (5320 manat) cərimə edib.
Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, o, 16 nəfər qeydiyyatı olmayan əcnəbi vətəndaşı saxta qeydiyyata alıb.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda onun 2018-ci ilin iyunundan 2019-cu ilin aprelinə qədər Voznesenovka kəndindəki yaşayış olmayan evdə Azərbaycan, Özbəkistan və Tacikistandan olan 16 sakini saxta qeydiyyata aldığı bildirilib.
COMMENTS