Dağıstanda baş vermiş qəzada 4 nəfər dünyasını dəyişdi

Dağıstanda baş vermiş qəzada 4 nəfər dünyasını dəyişdi

Rusiyanın Dağıstan respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, “VАZ-2106” markalı minik avtomobili “Mitsubishi Lancer” markalı minik maşını ilə toqquşub.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS