Gəncədə zəncirvari avtomobil qəzası baş verib

Gəncədə zəncirvari avtomobil qəzası baş verib

Gununsesi.org xəbər verir ki, Gəncə şəhəri ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Şəhərin Heydər Əliyev prospektində “Mercedec”, “VAZ-2107”, “VAZ-2106” və “VAZ-2109” markalı avtomobillərin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Qəzanın dəqiq baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.(Report)
Gununsesi.org

COMMENTS