Bakıda bədbəxt hadisə- Armaturların altında qalıb öldü

Bakıda bədbəxt hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1957-ci il təvəllüdlü Məmmədov Güloğlan Qələmdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.org

COMMENTS