Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu işdən çıxarıldı

Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu işdən çıxarıldı

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Gununsesi.orgun report-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib. DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib. F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Fuad Məmmədli keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.

COMMENTS