Kremldən Putinin ötən ildəki gəliri barədə saxta açıqlama

  • By admin
  • 15 Aprel 2022 22:27

Kreml  dövlətin zirvəsindəki şəxslərin ötən ildəki gəlirlərin barədə hesabat açıqlayıb.

Gununsesi.info bildirir ki, olduqca saxta görünən hesabatda Rusiya Prezidenti Vladimir Putinin gəlirləri min dəfələrlə azaldılıb.

Hesabata görə, 2020-ci ildə 9,9 milyon rubl qazanan Putinin gəliri keçən il 10,2 milyon rubla (təxminən 1 milyon 800 min TL) yüksəlib.

Ötən il Rusiyanın baş naziri Mixail Mişustin 18,3 milyon rubl, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 12,6 milyon, Rusiyanın müdafiə naziri Sergey Şoyqu 16,6 milyon rubl qazanıb.

Açıqlamaya görə, Putinin Rusiyada 2 mənzili, 2 avtomobil qarajı və 3 avtomobili var.

 

Halbuki, Rusiyanın Ukraynaya hücumu zamanı Qərb mediası Putinin milyardlarla ölçülən sərvətləri barədə açıqlama yaymışdı.

Təkcə “miror.co.uk“da dərc edilən faktlar kifayyət edirdi ki, Rusiya liderinin hansı səviyyəli korrupsioner olduğunu görəsən.

Gülnar Məmmədli

Gununsesi.info