ABŞ-ın Azərbaycandakı səfirliyi əmlakını satışa çıxarıb

  • By admin
  • 15 Aprel 2022 15:44

ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş ofis və mətbəx mebeli, məişət texnikası , IT avadanlıqları , müxtəlif ofis və məişət əşyaları, avtomobil ehtiyat hissələri və bir avtomobil Mitsubishi Pajero üzrə canlı hərrac keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin açıqlamasında deyilir.

Məlumatda daha sonra deyilir:

Avtomobilin gömrük rüsumları ödənilməyib!
Hərrac Cümə axşamı, 21 Aprel 2022-ci il saat 11:00-dan 12:00-ə qədər Məmmədşərif Həmidov, 51 (ABŞ səfirliyinin anbarı) ünvanında keçiriləcəkdir.

Hərracın qaydaları, eləcə də lotlarla saat 09:00-dan 11:00-a qədər tanış olmaq mümkündür. Qalib gəlmiş alıcı mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan Manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.

Gununsesi.info