200-ə yaxın abituriyentin imtahan nəticəsi dəyişib

Yazılı cavab tələb edən tapşırıqlar heç bir problem yaratmır.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda sualları cavablandırarkən deyib.

“Keçən il təxminən 100 mindən çox şagird imtahanda iştirak edirdi. 200 nəfərə yaxın imtahan verənin nəticəsi dəyişdi. Bu, 100 min nəfər imtahan verənlə müqayisədə çox kiçik göstəricidir”, – deyə DİM sədri bildirib.

Gununsesi.info