Azərbaycanın bu kəndində ehsan qadağan edildi

  • By arzu
  • 11 Sentyabr 2023 17:55

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə 3, 7 və 40 yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

 

Bu barədə Gununsesi.info-ya adıçəkilən kəndin sakinləri deyib. Bildirilib ki, ehsanın əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq. Kənd sakinləri bildirir ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək. Mais Gununsesi.info

Gununsesi.info