Bakıda inzibati binada yanğın oldu

  • By ilhame
  • 11 Sentyabr 2023 19:31

Bakı şəhərinin Qaradağ rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 m² sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

Gununsesi.info  xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.nfo