BMT-də Qurani-Kərimə qarşı hücumlar müzakirə ediləcək

  • By ilhame
  • 11 Sentyabr 2023 19:48

Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirəyə çıxarılacaq.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk jurnalistlərə açıqlaması zamanı bildirib.

O vurğulayıb ki, Qurani-Kərimə qarşı son vaxtlar artan hücumlar BMT İnsan Haqları Şurasının 6 oktyabrda keçiriləcək 54-cü Sessiyasında gündəmə gətiriləcək.

Qeyd edək ki, İsveç və Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması müşahidə edilib.

 

Gununsesi.info