
Daha bir güləşçimiz Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünü keçirib.
Gununsesi.info xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov qızıl medal uğrunda qazaxıstanlı Qoşqar Məhəmməd ilə qarşılaşıb.
Rəqibinə 7:5 hesabı ilə qalib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. H.Cəfərov MDB Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı olub.
67 kq
A qrupu
1-ci görüş: Həsrət Cəfərov – İlyas Yandarov (Rusiya) 2:1
2-ci görüş: Həsrət Cəfərov – Madiyar Maulitkanov (Qazaxıstan) 9:0
Yarımfinal: Həsrət Cəfərov – Doniyerxon Nakibov (Özbəkistan) 10:1
Final: Həsrət Cəfərov – Qoşqar Məhəmməd (Qazaxıstan) 7:5
Gununsesi.info