Ukrayna və ABŞ arasında mühüm sənəd imzalandı

  • By admin
  • 03 Sentyabr 2021 21:55

Ukrayna və ABŞ hökumətləri ticari əməkdaşlıq haqqında memorandum imzalayıb.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Sənəd Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində imzalanıb.

 

Memorandum Amerika şirkətlərinin Ukraynada və Ukrayna şirkətlərinin Amerikada ticari iştirakını təşviq edir, Ukrayna və ABŞ-da rifahı, təhlükəsizliyi və iqtisadi artımı gücləndirmək üçün iki ölkənin qarşılıqlı marağını həyata keçirməyi hədəfləyir.

 

Müqavilələrə əsasən, tərəflər kommersiya layihələri hazırlamağı və həyata keçirməyi, həmçinin Ukrayna və ABŞ-da dövlət satınalmalarında iştirak etməyi planlaşdırırlar.

Gununsesi.info