Sabunçuda ev yandı XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 03 Sentyabr 2021 21:25

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli evdə kağız və parça tullantıları 1 m² sahədə, evin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı qismən və hasara quraşdırılan 1 ədəd qaz sayğacı yanıb.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info