Millimiz ikinci qolu buraxdı – YENİLƏNİB

  • By admin
  • 01 Sentyabr 2021 23:52

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda 2-ci qol vurulub.

 

Gununsesi.info-nun məlumatına görə, 28-ci dəqiqədə penaltidən fərqlənən meydan sahiblərinin hücumçusu Jerson Rodrigeş fərqi artırıb.

 

***

22:53

 

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda erkən qol vurulub.

 

Modern.az xəbər verir ki, 8-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikael Pinto hesabı açıb.

 

***

22:45

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

 

Gununsesi.info xəbər verir ki, Lükemburq stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

 

Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Gununsesi.info