Hadrutda erməni meyiti tapıldı

  • By admin
  • 03 Sentyabr 2021 19:07

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Meyit Hadrut ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

 

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1655-ə çatıb.

Gununsesi.info