
İsraildə son sutkada 11 210 nəfərdə yeni növ koronavirus (COVID-19) aşkarlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda yoluxanlardan 32 nəfəri vəfat edib.
Beləliklə, təxminən 9,3 milyon əhalisi olan İsraildə ümumi yoluxanların sayı 1 milyon 101 mini keçib. Ümumilikdə 7122 nəfər vəfat edib.
Aktiv yoluxma sayı 92 minə yaxınlaşsa da, ağır xəstələrin sayı 667 nəfərdir.
Gununsesi.info