Azərbaycanda baş həkim işdən çıxarıldı – “Karantin qaydalarını pozduğu üçün”

Azərbaycanda baş həkim işdən çıxarıldı – “Karantin qaydalarını pozduğu üçün”

Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib.

Gununsesi.org Report-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bildirilir ki, onun işdən çıxarılmasına səbəb “karantin qaydalarına əməl etməməsi” olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub.

Gununsesi.org

COMMENTS