“Bu sürünün qarşısında durmalıyıq. Bunlar vətəndaş deyillər, Vətəni qasrışdırmaq istəyən yaramazlardır”.
Bu sözləri deputat Fazil Mustafa polislərin karantin qaydalarını pozan vətəndaşlara davranışına görə səslənən tənqidlərə münadibətində söyləyib.
Gununsesi.org deputatın sosiaı şəbəkə hesabına istinadən fikirlərini təqdim edir:
“Bəli, karantin dövrü müharibə dövrüdür. Onun sərt qaydalarına tabe olmaq lazımdır. Belə bir dövrdə öz vəzifə borcunu yerinə yetirən Azərbaycan polisinə zibil atmaq, güllə atmağa bərabərdir. Bu sadəcə əxlaqsızlıq və şərəfsizlik deyil, məqsədyönlü təxribatdır. Polis də bu Vətənin övladıdır, sən evində istirahət edəndə 3 aydır küçələrdə təhlükə ilə üz-üzə qalıb vətəndaşları qorumağa çalışır. Xeyli sayda polis və ailəsi koronavirusdan əziyyət çəkir. Mədəni şəkildə hər kəs polisə iradını bildirə bilər, qanuna uyğun şəkildə şikayət edə bilər, sosial şəbəkədə məhz bu hadisəyə görə polisə qarşı total hücum edən yaramazları ən sərt şəkildə cəzalandırmaq lazımdır”.
Gununsesi.org
COMMENTS