İranda koronavirusa yoluxanların sayı yenə artıb.
Gununsesi.org IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, ölkədə daha 2 043 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 173 832-yə çatıb.
K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 70 nəfər artaraq 8 351 nəfərə yüksəlib.
O həmçinin 2 619 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 136 360 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,1 milyonu ötüb. Bunların 3,4 milyon nəfərdən çoxu sağalıb, 406 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Gununsesi.org
COMMENTS