İranda daha 70 nəfər koronavirusun qurbanı oldu

İranda daha 70 nəfər koronavirusun qurbanı oldu

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Gununsesi.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 043 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 173 832-yə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 70 nəfər artaraq 8 351 nəfərə yüksəlib.

O həmçinin 2 619 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 136 360 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Gununsesi.org

COMMENTS