Yasamal rayonundakı məhəllərin birində karantin qaydasını pozan vətəndaşın aparılması zamanı bina sakinlərinin polislərin üzrəinə zibil və digər əşyalar atması DİN rəhbərliyini hərəkətə gətirib.
Belə ki, ötən gün sosial şəbəkələri bürüyən bu olayın görüntülərinin ictimailəşməsindən sonra polis qüvvələri Yasamal rayonunda əməliyyat tədbiri keçirib.
Mənzillərə daxil olan polis əməkdaşları hadisədə şübhəli bilinən vətəndaşları zorla , hətta paltarsız vəziyyətdə evdən çıxararaq aparıblar.
Vətəndaşların bu formada evlərindən çıxarılması ictimaiyyət təmsilçiləri arasında narazılıqla qarşılanıb.
Ölkənin bir sıra tanınmış hüquqşünasları polisin bu sərt addımlarını qəti şəkildə pisləyiblər. Hüquqşünaslar bildirirlər ki, bu davranış Azərbaycan Konstitusiyasına və digər qanunvericilik aktlarına ziddir.
Belə ki, həmin vətəndaşlar polisə dəvət oluna və barələrində o zaman hansısa bir tədbir görülə bilərdi.
Bu iddialarla bağlı Gununsesi.org-un sorğusunu DİN-in Mətbuat Xidmətinin başçısı Ehsan Zahidov cavablandırıb.
Zahidov açıqlamasında həmin hüquqşünasların hüquqi biliklərinə şübhəsinin olduğunu bildirib.
“Onlar peşəkar hüquqşünas deyillər və qanunlardan xəbərsizdirlər. Polisin bu addımları onlara qanunla verilən səlahiyyət çərçivəsində olur. Polis heç bir səlahiyyətlərini aşmayıb. Onlar barələrində əməllərinə hüquqi qiymət məhkəmələrə təqdim ediliblər.”
Evlərindən polis qollarında götürülən həmin şəxslərin işgəncələrə məruz qalması iddialarına gəldikdə isə, DİN rəsmisi bildirib ki, bu barədə söylənilənlər gerçəkliyi əks etdirmir.
“Heç bir igəncəfən söhbət gedə bilməz. Yalandır. Böhtan atırlar”.
COMMENTS