İtaliya Futbol Federasiyası (FIGC) yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib.
Gununsesi.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün bərpasından sonra klubların oyun ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verilib.
Komandalar oyunun sürətini azaltmamaq məqsədilə əvəzetməni 3 dəfəyə həyata keçirməlidirlər.
Qeyd edək ki, İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.
Gununsesi.org
COMMENTS