Azərbaycan Avropada koronavirusa görə riskli ölkələr siyahısına salındı

Azərbaycan Avropada koronavirusa görə riskli ölkələr siyahısına salındı

Almaniya Federativ Respublikası koronavirus pandemiyası ilə bağlı Azərbaycanı riskli ölkələr siyahısına salıb.

Gununsesi xəbər verir ki, Almaniyada yoluxucu xəstəliklərin öyrənilməsi ilə məşğul olan Robert Kox İnstitundan  Xeber.de-yə verilən məlumata görə, siyahıda olan 130 ölkə koronavirusa görə səyahət üçün təhlükəli hesab edilir.

Artıq Almaniya Xarici İşlər Nazirliyi rəsmi internet saytında siyahıda olan ölkələrə səyahət etməməklə bağlı bildiriş yayımlayıb.

 

 

Riskli ölkələrdən Almaniyaya gələcək olanlar isə, məcbur 14 gün karantin nəzarətində saxlanılacaqlar.

İspaniya və İtaliyadan sonra üçüncü ən populyar tətil yeri olan Türkiyənin də riskli ölkələr siyahısında olması milyonlarla insanı yay tətili planını dəyişdirmək məcburiyyətində qoyub.

Robert Kox İnstitundan bildirilib ki, Avropa Birliyi vətəndaşları üçün riskli ölkələrin sayı 160-dır. Almaniya üçün 130 riskli ölkə siyahısı Federal Səhiyyə Nazirliyi, Federal Xarici İşlər və Federal Daxili İşlər Nazirliyinin birgə təhlili və qərarı əsasında tərtib olunub.

Gununsesi.org

COMMENTS