Luka Modriçin forması 7 min avroya satıldı

Luka Modriçin forması 7 min avroya satıldı

“Real” rəhbərliyi futbolçularının formasının satışını təşkil edib.

Gununsesi.org xəbər verir ki, auksiona futbolçuların “Eybar”la oyunda geyindikləri formalar çıxarılıb.

Ən baha Luka Modriçin forması satılıb. Xorvatın formasına 7 min avro ödəyiblər.

Eden Azarın forması 3,2, Serxio Ramosun futbolkası isə 3,1 min avroya satılıb. Qaret Beylin formasına isə tələbat aşağı olub . Ona görə də, uelslinin formasına cəmisi 1,5 min avro veriblər.

Auksionda toplanan vəsait “Real”ın sosial idman layihələrinə yönəldiləcək. Növbəti hərracda “Real”ın futbolçularının “Valensiya” ilə oyunda (3: 0) geyindiyi futbolkalar satılacaq.

 

 

Gununsesi.org

COMMENTS