Bu günə kimi dünyada Kovid-19 pandemiyasına 8,5 milyon insan yoluxub. Ölənlərin sayı isə 456 mini keçib.
Gununsesi.org xəbər verir ki, Çinin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin sədri Vu Zunyo ümidverici açıqlama verib.
Onun sözlərinə görə koronavirus peyvəndi bu ilin sonunda təqdim ediləcək.
O, koronavirus pandemiyasının ikinci dalğası səbəbiylə Pekinin də nəzarət altında götürüldüyünü bildirib.
Gununsesi.org
COMMENTS