ABŞ-ın Arizona ştatının 2 mindən çox sakini ştatda tüğyan edən meşə yanğınları səbəbi ilə təxliyə edilməli olub.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.
Qeyd olunur ki, yanğın ötən həftə Tonto Milli Qoruğunda başlayıb. Güclü külək və çox aşağı rütubət nəticəsində yanğın nəzarətdən çıxıb və artıq 42 min hektardan çox əraziyə yayılıb.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, bu yanğın miqyasına görə Arizona tarixində yeddinci ən böyük yanğındır.
Gununsesi.org
COMMENTS