Ukraynada bir günə rekord yoluxma

Ukraynada bir günə rekord yoluxma

Ukraynada son 24 saat ərzində 921 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Ukraynada koronavirusla mübarizə çərçivəsində yaradılmış “covid19.rnbo.gov.ua” internet portalında məlumat verilib.

Bildirilib ki, ötən gün ərzində daha 19 xəstənin həyatını itirməsi ilə koronavirusdan ölənlərin sayı 985-ə çatıb.

Ölkə üzrə bu günə qədər 34 984 nəfər koronavirusa yoluxub, onlardan 16 033 pasiyent müalicə olunaraq sağalıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 17 966 nəfər təşkil edir.

 

 

Gununsesi.org

COMMENTS