NBA-in ən yaxşı oyunçularından olan LeBron Ceymsin Los-Ancelesdəki 25 milyon dəyərindəki ultra lüks malikanəsi görənləri təəccübləndirib.
Gununsesi.org xəbər verir ki, LeBron evi 2017-ci ildə alıb. 215 min kvadratmetr ərazidə yerləşən evin 8 yataq otağı, 11 vanna otağı, terrasa qaldıran lift, içində hovuz olan oyun otağı, hava təmizləyən texnologiya, siqaret otağı, şərab zirzəmisi, kinoteatr, sauna, spa və masaj otağı, idman zalı, mətbəx və s. mövcuddur.
Lakin LeBron evinin hazırkı görüntüsüdən məmnun deyil , o basketbol sahəsi də daxil olmaqla evində bir sıra dəyişikliklər etməyi planlayır.
COMMENTS