Avstraliyanın paytaxtı Sidneydə on minlərlə insan etiraz aksiyası keçirib.
Gununsesi.org Qaynarinfo-ya istinadla xəbər verir ki, nümayişçilər baş nazir Skott Morrisonun istefasını tələb edirlər. Aksiyaya qatılanların əksəriyyətinin tələbələr və “Məhv etməyə qarşı etiraz” hərəkatının üzvləri olduğu bildirilir. Onlar hökuməti iqlim məsələsinə yetərincə diqqət yetirməməkdə və yanğınların öhdəsindən gələ bilməməkdə ittiham edirlər. Fəallar höküməti yeni və ekoloji cəhətdən daha təmiz enerjiyə keçməyə çağırırlar.
Aksiyalara 20 minə yaxın insanın qatıldığı bildirilir.
COMMENTS